Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Memarı və Qurucusudur” adlı tədbir keçirildi

26 may 2026 | 14:14

26 may 2026-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 may – Müstəqillik gününə həsr olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Memarı və Qurucusudur” adlı tədbir keçirildi.

Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan rayon Mədəniyyət evində keçirilən tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP rayon təşkilatı, Rayon Hüquq-Mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, məktəb direktorları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, qazilər, QHT-lərin yerli nümayəndələri iştirak etdilər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Dövlət Himninin səslənməsindən sonra açıq elan edilən tədbir konsert proqramı ilə davam etdi.  

Keçidlər