Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Müasir Azərbaycanın şəhərsalma siyasətində cənab İlham Əliyevin rolu” mövzusunda tədbir keçirildi.

30 iyun 2026 | 15:07

30 iyun 2026-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Müasir Azərbaycanın  şəhərsalma siyasətində cənab İlham Əliyevin rolu” mövzusunda tədbir keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Zəngilan RİH başçısı Aparatının əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları iştirak etdi.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.                                   

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində Azərbaycanda şəhərsalma və memarlığının inkişafından, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin  həyata keçirilməsindən, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən bəs etdi. Şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalarından biri- BMT Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğuladı.

Daha sonra Zəngilan rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunda baş məsləhətçi Vasif Orucov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi.

“Müasir Azərbaycanın  şəhərsalma siyasətində cənab İlham Əliyevin rolu” adlı tədbir mövzu ilə bağlı videoçarxın nümayiş etdirilməsilə yekunlaşdı.

 

Keçidlər