Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

25 avqust 2022 | 16:12

Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 25 avqust 2022-ci il tarixdə Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi -10 ünvanında yerləşən  Zəngilan rayonu 10 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi. 

Səyyar görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər