Şriftin ölçüsü :

Saytın rəngi :

Salam Cavadlının "Ölməzlik haqqı qazanan oğullar" adlı kitabının təqdimatı keçirildi.

25 may 2022 | 16:45

25 may 2022-ci il tarixində   “Zəngilanın Səsi” qəzetinin redaktoru, yazıçı Salam Cavadlının "Ölməzlik haqqı qazanan oğullar" kitabının təqdimatı keçirildi. Tədbirdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramız Həsənov, aparatın məsul işçiləri, YAP Zəngilan rayon təşkilatının sədri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, şairlər, Şəhid ailələri, qazilər, AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak etdi.

Tədbir vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə  başlandı. Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğullarının erməni işğalçıları üzərindəki qalibiyyətindən bəhs etdi. Tədbirdə çıxış edənlər Salam Cavadlının  həyat və yaradıcılığından geniş söhbət açdı.

Sonda yazıçının kitabları şəhid ailələrinə təqdim olundu və xatirə şəkli çəkdirildi.

Keçidlər