Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlər ilə növbəti səyyar görüş keçirildi

29 sentyabr 2022 | 17:47

Sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü 29 sentyabr  2022-ci il tarixdə Sumqayıt şəhəri,  Sürücülük məktəbinin inzibati binasında keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi. Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi. Qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə araşdırılaraq həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Keçidlər