Sakinlər ilə növbəti səyyar görüş keçirildi
30 iyun 2022 | 18:05
Ölkə rəhbərinin tapşırığına əsasən əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə keçirilən səyyar görüşlər zamanı əhalini narahat edən problemlər yerindəcə öyrənilir və operativ həll edilir. Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 30 iyun 2022-ci il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsində məskunlaşmış Zəngilan rayon sakinləri ilə keçirildi. Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürüldü.