“Sağlam gələcəyimizi birlikdə qoruyaq, narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi.
07 oktyabr 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Mədəniyyət evində 33 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri, müəllimləri və psixoloqlarının iştirakı ilə Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın “Sağlam gələcəyimizi birlikdə qoruyaq, narkomaniyaya yox deyək!” mövzusunda tədbiri keçirildi.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Gülnarə Orucova çıxış edərək narkomaniyanın fəsadları və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verdi.
Giriş nitqindən sonra Zəngilan Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun rəhbəri Eldəniz Abdullayev və həmin şöbənin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru, polis leytenantı Xeybər Xəlilzadə mövzu ilə bağlı tövsiyə xarakterli məruzələrlə çıxış etdilər.
Məruzələr ətrafında Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayon təhsil sektorunun müdiri Kənan İmaməliyev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Mehman Nəsirov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Türkan Həsənova və Sumqayıt Şəhər Narkoloji Dispanserinin həkim-psixoloqu Nihad Zərbəlizadə narkomaniyanın ağır fəsadları barədə geniş nitq söylədilər.
Sonda “Sağlam gələcəyimizi birlikdə qoruyaq, narkomaniyaya yox deyək!” mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirildi.







