Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neft texnikumunun yataqxanasında məskunlaşan rayon sakinləri ilə səyyar görüş keçirildi

13 sentyabr 2022 | 17:18

              Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təşkil olunan səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaq insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.

            Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu 13 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neft texnikumunun yataqxanasında məskunlaşan rayon sakinləri ilə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi. Qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

 

Keçidlər