Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının növbəti səyyar qəbulu Nərimanov rayonu ərazisində keçirildi

30 iyul 2026 | 15:22

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun sakinlərlə növbəti səyyar qəbulu 30 iyul 2026-cı il tarixdə, Nərimanov rayonunda yerləşən Zəngilan rayonu 26 nömrəli tam orta məktəbin akt zalında İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə  keçirildi.

Rayon rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinlədikdən sonra bildirdi ki, təşkil olunan görüşlərin əsas məqsədi rayon sakinlərinin gündəlik qayğı və problemlərini yerində dinləmək, onların müraciətlərinə çevik və məqsədyönlü yanaşmanı təmin etməkdən ibarətdir. 

Qəbul zamanı bəzi müraciətlər üzrə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verildi, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icra vəziyyətinin mütəmadi izlənəcəyi vurğulandı.

Keçidlər