Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının növbəti səyyar qəbulu Abşeron rayonu, Xırdalan şəhərində keçirildi.

08 sentyabr 2026 | 16:26

Sentyabr ayının 8-də Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli tam orta məktəbin akt zalında Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov sakinlərlə növbəti səyyar qəbul keçirdi. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etdilər. Vətəndaşların müraciətləri fərdi qaydada dinlənildi. Rayon rəhbəri bildirdi ki, bu cür səyyar qəbulların keçirilməsində məqsəd sakinlərin gündəlik qayğı və problemlərini birbaşa yerində öyrənmək, onların müraciətlərinə operativ və məqsədyönlü şəkildə reaksiya verməkdir.

Qəbulun gedişində qaldırılan bəzi məsələlərin dərhal həlli üçün aidiyyəti üzrə konkret tapşırıqlar verildi. Əlavə araşdırma tələb edən digər müraciətlər isə xüsusi nəzarətə götürüldü və icra vəziyyətinin mütəmadi izləniləcəyi vurğulandı.

 

Keçidlər