Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının növbəti səyyar qəbulu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 4 saylı tam orta məktəbin akt zalında keçirildi.

21 oktyabr 2025 | 16:20

Vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi və onlarla mütəmadi ünsiyyətin qurulması məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu 21 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşan  zəngilanlı sakinlərlə keçirildi.

Səyyar görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.

Rayon rəhbəri sakinlər tərəfindən səsləndirilən gündəlik həyat və məskunlaşma ilə bağlı müraciətləri diqqətlə dinlədi. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Rayon sakinləri mütəmadi keçirilən görüşlərin problemlərin həllində əhəmiyyətli rol oynadığını qeyd edərək rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər