Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Binəqədi rayonunda keçirildi.

16 iyun 2026 | 16:12

Rayon rəhbəri Ramiz Həsənovun növbəti səyyar qəbulu iyun ayıın 16-da, Binəqədi rayonu, 2 nömrəli evtikmə kombinatının ərazisində yerləşən Zəngilan rayonu 4 nömrəli tam orta məktəbin binasında İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirildi.   

Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verərək bildirdi  ki, mərhələli şəkildə köç prosesi və Zəngilan rayonunda sakinlərin istifadəsinə verilməsi üçün tam təminatlı müasir evlərin tikintisi davam edir.

Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olundu, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər