Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında zərərli vərdişlər, onların fəsadları və qarşısının alınması istiqamətində görülən işlər barədə tədbir keçirildi
Zəngilan rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektorunun təşkilatçılığı ilə 02 oktyabr 2025-ci ildə “Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında zərərli vərdişlər, onların fəsadları və qarşısının alınması istiqamətində görülən işlər barədə” tədbir keçirildi.
Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində keçirilən tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov, aparatın məsul əməkdaşları, Rayonun Polis şöbəsinin rəisi Bəkir Cabbarov, Polis şöbəsinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri, rayonun bütün ümumtəhsil məktəblərinin direktorları və psixoloqları iştirak etdilər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlandı.
Tədbiri giriş sözü ilə açan rayon Polis şöbəsinin rəisi polis polkovniki Bəkir Cabbarov rayonun bəzi ümumtəhsil məktəblərində baş verən xoşagəlməz hallardan danışaraq məktəb direktorlarının işlərində dönüş etmək üçün öz iradlarını bildirdi. Giriş nitqindən sonra mövzu üzrə məruzə üçün sözu Polis şöbəsinin rəisinin şəxsi heyətlərlə iş üzrə köməkçisi, polis mayoru İsmayıl Əbilova verdi. Məruzəçi mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış etdi.
Sonra çıxış üçün Başçının müavini- uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Nizami Mönsümova söz verildi. N.Mönsümov komissiyanın bir ildə gördüyü işlər barədə hesabat verdi.
Daha sonra Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri Kənan İmaməliyev çıxış edərək məktəblərdə olan hadisələrdən, təhsildən yayınma hallarından və onun qarşısının alınması tədbirlərindən bəhs etdi.
Tədbiri Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov yekun nitqi ilə yekunlaşdıraraq məktəb direktorları və psixoloqlara öz dəyərli tövsiyyələrini verdi.







