Rayon ziyalılarının yubileyi qeyd olundu
Zəngilan Rayon İcra Hakimiyyətinin, YAP Zəngilan Rayon Təşkilatının və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 2 yubiliyarın – əməkdar müəllim Oktyabr İsgəndərovun 70 illik, Mincivan musiqi məktəbinin direktoru Şakir Kərimovun 65 illik yubileyi qeyd edildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mönsümov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov və rayon ziyalıları iştirak etdilər. Tədbir iştirakçıları yubilyarları təbrik edərək onlara cansağlığı və işlərində uğurlar arzuladılar. Yubilyarlara fəxri fərman və hədiyyələr təqdim olundu.







