Rayon rəhbərinin növbəti səyyar qəbulu Yasamal rayonunda məskunlaşan zəngilanlı sakinlərlə keçirildi
Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Həsənovun növbəti səyyar qəbulu 03 fevral 2026-ci il tarixdə Yasamal rayonu, A.Məmmədov adına 38 saylı tam orta məktəbin akt zalında RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirildi.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların ümumi problemlərlə bağlı müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi.
Sonda rayon sakinləri mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən çox müsbət qarşılandığını, bu görüşlərin mövcud problemlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən əhaliyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.







