Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin növbəti səyyar qəbulu Abşeron rayonu, Xırdalan şəhərində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi.

21 yanvar 2026 | 16:01

 Zəngilan Rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Həsənovun növbəti səyyar qəbulu 21 yanvar  2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli məktəbin akt zalında RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirildi.

Vətəndaşlar ümumi problemlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciət etdilər. Müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi.

Sonda rayon sakinləri mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən çox müsbət qarşılandığını, bu görüşlərin mövcud problemlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən əhaliyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər