Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qaradağ rayonu, Sahil qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi

12 avqust 2022 | 16:09

Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra Hakimiyyəti baçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu  11 avqust 2022-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. Qəsəbədə yerləşən Zəngilan rayonu 30 nömrəli tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi. Qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Səyyar görüşün sonunda RİH başçısı həmin ərazidə məskunlaşan 1-ci Qarabağ müharibəsi şəhidi Heydərov Abbas Qurban oğlunun anası Şahbəyim Quliyevanın evini ziyarət etdi.

Keçidlər