Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü 5 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, idarə-müəssisə rəhbərləri iştirak etdi.
Zəngilan RİH bşçısı ölkə rəhbərinin həyata keçirdiyi islahatlardan, təhsil, səhiyyə, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğurlardan, cənab İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən bəhs etdi.
Səyyar qəbul zamanı çıxış edən sakinlər ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək öz doğma yurdları Zəngilana qayıdacaqları günü səbrsizliklə gözlədiklərini qeyd etdilər. Daha sonra sakinlər onları narahat edən problemlərdən danışdı.
Qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə-müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.