Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşləri davam edir

28 iyul 2022 | 16:40

Zəngilan rayon İcra Hakimiyyəti baçısının növbəti səyyar görüşü  28 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi. İlk öncə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Qarabağa ilk qayıdış münasibətilə zəngilanlıları təbrik etdi. Sonra səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənildi. Qaldırdıqları məsələlərin bir çoxu yerindəcə öz həllini tapdı, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verildi.

 

Keçidlər