Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir

10 iyun 2022 | 10:33

Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 10 iyun 2022-ci il tarixdə Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68b ünvanında yerləşən  29 nömrəli Zəngilan rayon tam orta məktəbin akt zalında keçirildi.

Səyyar görüşdə RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri də iştirak etdilər.

Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək qaldırılan məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu  yerindəcə həllini tapdı, həlli müəyyən  zaman  tələb edən məsələlər isə nəzarətə götürüldü.

Keçidlər