Rayon İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir
Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 29 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən,apardığı uğurlu siyasəti nəticəsində respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdı.
Daha sonra Zəngilan rayon icra hakimiyyətinin başçısı müraciətləri dinlədi. Qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapdı və araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verildi.