Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon əhalisinin nəzərinə! Su ehtiyatlarından səmərəli istifadə edək.

19 aprel 2023 | 14:29

Hazırda dünyada iqlim dəyişimi prosesi gedir. Temperatur artır, buxarlanma çoxalır, dağlıq ərazilərdə yağan qar ehtiyatını azaldır. Bu isə çay axınının ciddi surətdə azalmasına səbəb olur. Ölkəmiz əsasən Kür hövzəsinin və Cənubi Qafqazın aşağı hissəsində  yerləşib. İqlimi kifayət qədər quraq və isti yayı, yağıntılı və mülayim qışı ilə xarakterizə olunur. Yağıntı əsasən, qış aylarında müşahidə olunur. Çaylarımızın suyuna gəlincə isə, Azərbaycan çaylarının sularından əsasən, suvarma və məişət, habelə elektrik enerjisi almaq üçün istifadə olunur.  İqtisadiyyat və kənd təsərrüfatının əsas hissəsi birbaşa su ehtiyatlarının il ərzində paylanmasından və və effektiv şəkildə istifadəsindən asılıdır. Mütəxəssislər apardıqları tədqiqatlar və müşahidələr nəticəsində bu qənaətə gəlirlər ki, müşahidə olunan iqlim dəyişmələri gələcəkdə ölkəmizin su ehtiyatlarının miqdarının ciddi surətdə dəyişməsinə səbəb ola bilər. Buna görə də istər əhali, istərsə də dövlət tərəfindən mövcud su ehtiyatlarının səmərəli istifadəsi ilə yanaşı, gələcək üçün bir sıra işlər həyata keçirmək vacibdir.

Son illərdə su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində bir sıra işlər görülmüşdür. Ölkə əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə iri miqyaslı layihələr icra edilmiş, eyni zamanda, mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, yeni kanalizasiya şəbəkələrinin çəkilməsi, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə tədbirlər həyata keçirilmişdir.

Su ehtiyatlarının mümkün azalmalarının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdən biri də sudan mümkün qədər az istifadə, təsərrüfat və məişətdə yolverilən su itkilərinin qarşısının azaldılmasıdır. Ən vacib məqamlardan biri isə əhalinin ekoloji mədəniyyətinin artırılmasıdır. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur. Suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan istifadə etikasına düzgün əməl etməsidir.

Keçidlər