Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Ağsaqqallar Şurasının sədri İsgəndərov Xuduş Əmən oğlunun 85 illik yubileyi qeyd olundu.

29 aprel 2025 | 16:32

Uzun müddət müxtəlif vəzifələrdə çalışmış, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və 85 illik yubileyi münasibətilə rayon Ağsaqqallar Şurasının  sədri  İsgəndərov  Xuduş Əmən oğlu Zəngilan rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və kollektiv üzvləri yubiliyarı təbrik edərək, ona ən xoş arzularını bildirdilər.

Xuduş İsgəndərov deyilən xoş sözlərə, təbriklərə görə Zəngilan rayon İcra hakimiyyəti başçısı cənab Ramiz Həsənova və kollektivə minnətdarlığını  bildirdi.

Keçidlər