Şriftin ölçüsü :

Saytın rəngi :

Ramiz Həsənovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində keçirildi

21 aprel 2026 | 16:27

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu aprel ayının 21-də İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə  Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 9 nömrəli tam orta məktəbin akt zalında keçirildi.   

Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verərək bildirdi  ki, mərhələli şəkildə köç prosesi və Zəngilan rayonunda sakinlərin istifadəsinə verilməsi üçün tam təminatlı müasir evlərin tikintisi davam edir.

Vətəndaşların müraciətlərini fərdi qaydada dinləyən rayon rəhbəri Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olundu, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.

Rayonda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərini yüksək dəyərləndirən sakinlər ölkə rəhbərinə, eləcə də vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.

 

Keçidlər