Ramiz Həsənovun növbəti səyyar qəbulu Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu mayın 12-də İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 143 nömrəli tam orta məktəbin akt zalında keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar Verdi. Bildirdi ki, mərhələli şəkildə köç prosesi və Zəngilan rayonunda sakinlərin istifadəsinə verilməsi üçün tam təminatlı müasir evlərin tikintisi davam edir.
Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olundu, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.
Rayonda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərini yüksək dəyərləndirən sakinlər ölkə rəhbərinə, vətəndaş müraciətlərinə daima çevik və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.







