Şriftin ölçüsü :

Saytın rəngi :

Ramiz Həsənov vətəndaşların müraciətlərini yerində dinlədi

21 may 2026 | 17:30

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun sakinlərlə növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 1-ci mikrorayon, 5 nömrəli tam orta məktəbin akt zalında İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə  keçirildi.

Vətəndaşların müraciətlərini fərdi qaydada dinləyən rayon rəhbəri Ramiz Həsənov bildirdi ki, təşkil olunan görüşlərin əsas məqsədi rayon sakinlərinin gündəlik qayğı və problemlərini yerində dinləmək, onların müraciətlərinə çevik və məqsədyönlü yanaşmanı təmin etməkdən ibarətdir. 

Qəbul zamanı bəzi müraciətlər üzrə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verildi, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icra vəziyyətinin mütəmadi izlənəcəyi vurğulandı.

 

Keçidlər