Şriftin ölçüsü :

Saytın rəngi :

“Qızlar müzakirəyə qoşulur” adlı maarifləndirici tədbir keçirilib.

17 iyun 2025 | 15:40

17 iyun 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvlərinin iştirakı ilə  Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zəngilan rayonu 20 nömrəli tam orta məktəbin qız şagirdləri ilə “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində  “Erkən nikahın psixoloji və fizioloji fəsadları”, “Ailədə qızlara qarşı stereotiplərin aradan qaldırılması yolları” mövzularında tədbir keçirilib.

Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu Mətanət Həsənova çıxış edərək, qızların ictimai fəallığının artırılması, eləcə də təhsildən yayınma və erkən nikahın mənfi fəsadları, uşaqların cəmiyyətdə üzləşə biləcəyi zorakılıq hallarından müdafiəsi, uşaq əməyinin istismarı, onların öz hüquqlarını bilməsi barəsində məlumatlandırılmasının vacib olduğunu bildirib.

Tədbir zamanı Uşaq Səfirlər Məclisinin üzvləri uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində  mütəmadi görüşlərin keçirilməsinin tərəfdarı olduqlarını vurğulayıblar.

Keçidlər