Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında yüksək bal toplayan zəngilanlı məzunlar mükafatlandırıldı.

09 sentyabr 2026 | 17:51

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov rayonun ümumtəhsil məktəblərini bitirərək 600-dən yuxarı bal toplayan və ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirdi. Görüşdə İcra Hakimiyyətinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, YAP Zəngilan rayon təşkilatı, Zəngilan rayon təhsil sektorunun əməkdaşları, məktəb direktorları və yüksək bal toplamış məzunların valideynləri iştirak etdilər.

Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Zəngilan rayon təhsil sektorunun 2025/2026-cı dərs ili ərzində qazandığı uğurlar və qarşıda duran vəzifələr barədə çıxış etdi. Rayon rəhbəri məzunları təbrik edərək onlara gələcək təhsillərində uğurlar arzuladı, əldə olunan nailiyyətlərin bütün rayon ictimaiyyətini sevindirdiyini vurğuladı. O, həmçinin ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatlardan və qazanılan uğurlardan söz açdı. Başçının çıxışından sonra rayon təhsil sektorunun müdiri Kənan İmaməliyev 2025/2026-cı tədris ilinin yekunları barədə hesabat verdi. Sonda Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov yüksək balla Ali məktəblərə qəbul olunan məzunları təbrik etdi və təhsilə göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova  dərin minnətdarlığını bildirdi. Çıxış edən hər bir natiq təhsilə göstərilən diqqət və yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda yüksək bal toplayan məzunlara qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər