Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə “Şanlı tarixin Memarı” mövzusunda tədbir keçirildi.

13 oktyabr 2023 | 16:32

13 oktyabr 2023-cü il  tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində  Zəngilan Rayon İcra Hakimiyyəti və YAP Zəngilan rayon təşkilatının birgə təşkilatçılığı ilə  Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə “Şanlı tarixin Memarı” mövzusunda tədbir keçirildi.

İlk olaraq Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə-müəssisə rəhbərləri, partiya fəalları, rayon ziyalıları, qazilər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxışında bildirmişdir ki, 15 oktyabr 2003-cü il yaxın tarix olsa da, həmin gündə Azərbaycanın bugünkü tarixi yazılırdı. Zaman Azərbaycan xalqına seçim imkanı tanımışdı.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov çıxışında bildirdi ki, Cənab Prezident İlham Əliyev müstəqillik tariximizin ən parlaq səhifəsini yazdığını, onun sərkərdəliyi və müzəffər ordumuzun gücü, qüdrəti ilə uzun illər işğal altında olan torpaqlarımız erməni tapdağından azad edilmiş və ərazi bütövlüyümüz bərpa edilmişdir.

Mövzü ətrafında tədbir iştirakçılarının çıxışları davam etdi.

Sonda Prezident İlham Əliyevə həsr olunmuş “Sən özün memar oldun” qısametrajlı bədii-sənədli poetik film nümayiş olundu.

 

Keçidlər