Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib.
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfər etmişdir. Səfər çərçivəsində dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin və “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Eyni zamanda bir sıra obyeklərin- Zəngilan şəhərində bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələrinin fəaliyyət göstərəcəyi inzibati binanın, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi 110 nömrədən ibarət olacaq otel kompleksinin, ümumi ərazisi 4,5 hektar olan, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılmış 179,5 hektar ərazisi olan Cahangirbəyli kəndinin təməlini qoyub.