Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirildi

18 oktyabr 2022 | 16:01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılaraq, həll olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Zəngilan Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir.

Səyyar qəbul qrafikinə əsasən Rayon İcra Hakimiyyətinin  başçısının növbəti səyyar görüşü   18 oktyabr  2022-ci il tarixində Nizami rayonu, 4 nömrəli Peşə məktəbinin akt zalında  keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.

RİH başçısı Ramiz Həsənov rayon sakinləri tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyərək, qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı tapşırıqlar verdi, digərlərinin isə qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını bildirdi.

 

Keçidlər