Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirildi

20 sentyabr 2022 | 17:31

Zəngilan Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılaraq, həll olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr təşkil edir.

Səyyar qəbul qrafikinə əsasən, RİH başçısının növbəti səyyar görüşü  20 sentyabr 2022-ci il tarixində  Yasamal rayonu, Şərifzadə küçəsi, Xarici Dillər Universitetinin yataqxanasında məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. RİH başçısı Ramiz Həsənov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyərək, qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını bildirdi.

Sakinlər daim diqqət və qayğı ilə əhatə olunduqları üçün ölkə rəhbərinə minnətdarlığını bildirdilər.

Keçidlər