Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirildi

19 avqust 2022 | 09:47

Sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü 18 avqust  2022-ci il tarixdə Nizami rayonunda yerləşən Zəngilan rayonu 13 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, idarə-müəssisə rəhbərləri iştirak etdi.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejimi  qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara fasilə verilsə də mart ayından etibarən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yenidən səyyar qəbullar keçirilir. Daha sonra səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi. Qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Keçidlər