Növbəti səyyar qəbul keçirildi
Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbulu 17 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsində məskunlaşmış rayon sakinlərilə keçirildi.
İlk öncə RİH başçısı Ramiz Həsənov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti- quruculuq işlərindən, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi. Daha sonra sakinlərin müraciətləri dinlənildi.
Səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərin bir çoxu yerindəcə öz həllini tapdı, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verildi.
Sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.