Növbəti səyyar görüş Xırdalan şəhərində məskunlaşmış zəngilanlılarla keçirildi
06 sentyabr 2022 | 17:57
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılaraq, həll olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Zəngilan Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. Səyyar qəbul qrafikinə əsasən RİH başçısının növbəti səyyar görüşü 06 sentyabr 2022-ci il tarixində Xırdalan şəhərində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi.
RİH başçısı Ramiz Həsənov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyərək, qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı tapşırıqlar verdi, digərlərinin isə qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını bildirdi.