Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun sakinlərlə növbəti səyyar qəbulu keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu 1 sentyabr 2026-cı il tarixində Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən 45 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər və azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumat verdi. O, mərhələli şəkildə köç prosesinin və Zəngilan rayonunda sakinlərin istifadəsinə verilməsi üçün tam təminatlı müasir evlərin tikintisinin davam etdiyini bildirdi.
Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olundu. İcrası vaxt tələb edən məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verildi.







