Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya birlikdə yox deyək!” maarifləndirici tədbiri keçirildi.

30 mart 2023 | 15:18

30 mart 2023-cü il tarixdə 81 nömrəli məktəbin akt zalında Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Zəngilan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın məsul katibi Nərmin Hüseynzadə, Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın psixoloqu Mətanət Həsənova, Zəngilan rayon Gənclər və idman idarəsinin rəisi Zakir Məmmədov, Zəngilan rayon Polis şöbəsinin Polis mayoru, Sahə rəisi Nicat Əhmədzadə, Zəngilan rayon 9,36 nömrəli məktəbin 9,10,11-ci sinif şagirdləri, müəllimləri , psixoloqları iştirak ediblər.

Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.

"Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır", - deyə Raqif Allahverdiyev vurğuluyaraq mövzu ətrafında geniş çıxış edib.

Tədbirdə çıxış edən digər natiqlər də dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.

Keçidlər