Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda rayon tədbiri keçirildi

12 noyabr 2025 | 15:20

12 noyabr 2025-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının akt zalında Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda rayon tədbiri keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları iştirak etdi.  

Zəngilan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir  Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlandı.

Tədbiri giriş sözü ilə açan  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  Konstitusiyanın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu bildirdi. Qeyd etdi ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan  Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.

Daha sonra RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi   İman Məmmədov mövzu ilə bağlı geniş məruzə ilə çıxış etdi. Məruzədən sonra çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şayıflı kənd İƏD üzrə nümayəndə Qulu  Nəcəfоv ,  Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri Kənan  İmaməliyev  Konstitusiya günü münaibətilə hər kəsi təbrik etdi.

 

Keçidlər