Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!

24 dekabr 2022 | 11:53

 

Szi doğum gününüz münasibətilə zəngilanlılar adından təbrik edirik.Sizin sərkərdəlik məharətiniz sayəsində 44 günlük Vətən Müharibəsində Azərbaycan əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması ölkəmizin inkişaf tarixində yeni mərhələ açdı.Ölkəmizin xoşbəxt gələcəyi yalnız Sizin uğurla davam etdirdiyiniz inkişaf strategiyasi ilə bağlıdır.Biz zəngilanlılar inanırıq ki, ölkəmiz qarşıdakı illərdə daha da böyük uğurlara imza atacaq,dünyanın qabaqcıl dövlətləri sırasında öz yerini möhkəmləndirəcəkdir. Ölkəmizin daha da inkişafı və xalqımızın rifahının yüksəldilməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

Keçidlər