Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq “Konstitusiya və Suverenliyimiz milli qürurumuz, iftixar mənbəyimizdir” adlı rayon tədbiri keçirildi.

27 may 2025 | 13:14

27 may 2025-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq “Konstitusiya və Suverenliyimiz milli qürurumuz, iftixar mənbəyimizdir” adlı rayon tədbiri keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, məktəb direktorları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, qazilər, QHT-lərin yerli nümayəndələri iştirak etdilər.

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər. Daha sonra tədbir Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Müstəqil Azərbaycan Konstitusiyasının yaranmasından bəhs edərək ətraflı məlumat verdi. Tədbirdə milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil ölkəmizin ən böyük uğurlarından olduğu qeyd olundu. 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir.

Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunmuş və Azərbaycan Xalq Cumhuriyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

Tədbirdə Zəngilan rayon 29 nömrəli tam orta məktəbin tarix müəllimi Günay İbrahimova “Konstitusiya və Suverenliyimiz milli qürurumuz, iftixar mənbəyimizdir” mövzusunda məruzə ilə çıxış etdi.

Tədbir məruzə ətrafında çıxışlarla davam etdirildi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Müstəqilliyinə həsr olunmuş qısametrajlı film nümayiş olundu.

Keçidlər