Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” ərzində “ Konstitusiyamız suverenliyimizin təminatıdır” mövzusunda tədbir keçirildi.

26 dekabr 2025 | 11:17

26 dekabr 2025-ci il tarixdə  Zəngilan Rayon İcra Hakimiyyətinin akt zalında “Konstitusiya və Suverenlik İli” ərzində “ Konstitusiyamız suverenliyimizin təminatıdır” mövzusunda tədbir keçirildi.

Zəngilan Rayоn İcra Haкimiyyəti tərəfindən keçirilən tədbirdə başçısının müavinləri, aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, rayon ağsaqqalları iştirak etdilər.

İlk əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov tədbir barədə giriş nitqi ilə çıxış edərək Konstitusiyanın Suverenliyimizin təminatı olmağından bəhs etdi.

Giriş nitqindən sonra rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi İman Məmmədov “Konstitusiya və Suverenlik İli” çərçivəsində RİH başçısı aparatında ve rayonumuz üzrə keçirilmiş silsilə tədbirlər, görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi.

Şərqi Zəngəzur Regional Təhsil sektorunun müdiri Kənan İmaməliyev “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon Təhsil sektorunda görülən işlər və keçirilən tədbirlər barədə, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə baş məsləhətçisi Nəsirov Mehman - “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon Mədəniyyət şöbəsində görülən işlər və keçirilən tədbirlər barədə, Zəngilan Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi şəxsin direktoru Ceyran Abbasova -“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mərkəzi Rayon Xəstəxanasında görülən işlər və keçirilən tədbirlər barədə çıxış etdilər.

Sonda rayon ağsaqqalları şurasının sədri Xuduş İsgəndərov  çıxış edərək 2025-ci ilin yekunu, 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü münasibətilə rayon ictimaiyyətini təbrik edərək, öz ağsaqqal tövsiyyələrini çatdırdı.

Nizami Mönsümov tədbiri  yekun nitqi ilə sona çatdırdı.

Keçidlər