“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Zərərli vərdişləri yox, həyatı seç!” adlı maarifləndirici tədbiri keçirildi.
Zəngilan rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Zəngilan rayonundan seçilmiş üzvlərin iştirakı ilə 28 noyabr 2025-ci il tarixdə rayonun 20 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zərərli vərdişləri yox, həyatı seç!” adlı maarifləndirici tədbiri keçirildi.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Elçin Quliyev və Sumqayıt şəhər Narkoloji dispanserin klinik psixoloqu Nihad Zərbəlizadə çıxış edərək sağlam həyat tərzi, zərərli vərdişlər, narkomaniya və QİÇS barədə ətraflı məlumat veriblər.Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, siqaret, alkoqol, narkotik vasitələr və digər zərərli vərdişlər yalnız insanın fiziki sağlamlığını deyil, həm də psixoloji vəziyyətini, sosial həyatını, təhsil və gələcək karyerasını ciddi təhlükə altına alır. Şagirdlərə düzgün dost seçimi, sosial təsirlərə qarşı möhkəm duruş, stresin sağlam yollarla idarə olunması kimi məqamlar barədə tövsiyələr verildi .
Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan videoçarx nümayiş etdirildikdən sonra uşaqları maraqlandıran suallar cavablandırıldı.







