Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması hallarının qarşısının alınması istiqamətində tədbir keçirildi.

10 aprel 2025 | 11:29

10 aprel 2025-ci il tarixdə Zəngilan rayon İcra hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən Zəngilan rayon 28 nömrəli tam orta məktəbində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması hallarının qarşısının alınması istiqamətində tədbir keçirildi. Tədbirdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Zəngilan rayon nümayəndələri, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Gənclərlə iş sektorunun əməkdaşları və Şərqi Zəngəzur Regional Təhzil İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi iştirak edirdi.

Tədbiri başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu Mətanət Həsənova çıxış edərək, təməli Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət uşaq və gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, yeniyetmə və gənclərə daim diqqət və qayğının göstərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Musa Hüseynov, Şərqi Zəngəzur Regional Təhzil İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Rahilə Bayramova mövzu ətrafında çıxış etdilər. Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin, Gənclərlə iş sektorunun əməkdaşı Nahid Şükürov tədbir iştirakçılarına slayd üzərində təlim keçirdi. Çıxışlar məktəblilər tərəfindən maraqla qarşılandı. Mövzu ətrafında geniş müzakirələr aparıldı və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər