Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Uşaq hüquqları aylığı” na həsr olunmuş tədbir keçirildi

06 noyabr 2025 | 17:12

Zəngilan rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Zəngilan rayonundan seçilmiş üzvlərin iştirakı ilə 06 noyabr 2025-ci il tarixdə rayonun 13 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Uşaq hüquqları aylığı” na həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Zəngilan rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu Mətanət Həsənova çıxış edərək bildirdi ki, hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 20 oktyabr - 20 noyabr tarixlərində ölkədə "Uşaq hüquqları aylığı" elan edilib. Tədbirdə insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verdi.

Zəngilan rayon ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Şəhla imanzadə, rayon Polis şöbəsinin kadrlar qrupunun kadr peşə hazırlığı üzrə baş inspektoru Nurlan Eyvazov,  İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Nurlan Hacıyev ölkəmizdə uşaq hüquqlarının qorunması, uşaq və yeniyetmələrə hüquqi biliklərin aşılanması sahəsində rayonumuzda həyata keçirilən məqsədyönlü işlər haqqında ətraflı məlumat verdilər. 13 nömrəli tam orta məktəbin direktoru Vüsalə Hüseynova uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində  mütəmadi görüşlərin keçirilməsinin tərəfdarı olduğunu vurğuladı.

Tədbirin sonunda uşaqları maraqlandıran suallara cavab verildi.

Keçidlər