Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suverenliyin izi ilə” adlı layihə çərçivəsində maarifləndirici tədbiri keçirildi.

28 noyabr 2025 | 16:36

28 noyabr 2025-ci il tarixində Zəngilan rayonunun 20 saylı tam orta məktəbində “Suverenlik və Konstitusiya ili” çərçivəsində şagirdlərlə maarifləndirici tədbir keçirilmişdir. Tədbir Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Zəngilan rayonundan seçilmiş üzvlərinin iştirakı ilə baş tutmuşdur.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Elçin Quliyev, Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi – böyük məsləhətçi, çıxış edərək şagirdlər qarşısında bildirmişdir ki 2025-ci ilin “Suverenlik və Konstitusiya ili” elan edilməsi dövlətçiliyimizin möhkəmləndirilməsi, hüquqi-siyasi sistemin inkişafı və vətəndaşların hüquq mədəniyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Konstitusiya Azərbaycan dövlətinin əsas hüquqi dayağıdır və insan hüquq və azadlıqlarının təminatı, dövlət hakimiyyətinin təşkili və ölkənin inkişaf istiqamətlərinin müəyyən edilməsi baxımından xüsusi rol oynayır.
Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin əsasını qoyaraq suverenlik və dövlətçilik ənənələrimizi formalaşdırmış, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə həmin siyasi kursu uğurla davam etdirərək ölkəmizin suverenliyini tam bərpa etmişdir.
Azərbaycanın suverenliyinin bərpası, ərazi bütövlüyünün təmin olunması və regionda söz sahibi olmasının arxasında Konstitusiya prinsiplərinə əsaslanan dövlət idarəçiliyi dayanır.
Cavid Eyvazov, Zəngilan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, çıxış edərək şagirdlərə müraciət etmişdir ki bu gün şagirdlərin hüquq biliklərinin artırılması, vətənpərvərlik ruhunda və dövlətə bağlılıq hissi ilə yetişdirilməsi böyük əhəmiyyət kəsb edir.
Tədbir zamanı suverenlik, dövlətçilik, vətəndaş məsuliyyəti və hüquqi maarifləndirmə mövzularında geniş izahlar verilmişdir.
Tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşmışdır.

Keçidlər