Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Şəfəq” Körpələr evi-uşaq bağçasında "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirildi.

30 may 2025 | 11:03

30 may 2025-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində fəaliyyət göstərən “Şəfəq” Körpələr evi-uşaq bağçasında “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev, YAP Zəngilan rayon təşkilatının sədr müavini Tutu Kamal qızı, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin  Zəngilan rayonu üzrə sektor müdiri Kənan İmaməliyev və körpələr evi-uşaq bağçasının kollektivi iştirak etdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Tədbirdə uşaqlar konsert proqramı ilə çıxış etdilər. Dünyanın müxtəlif ölkələrinin milli rəqslərindən ibarət rəqs nömrələri nümayiş etdirərək mədəni müxtəlifliyin və birliyin təzahürünü yaratdılar. Rəngarəng səhnə performansları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Keçidlər