Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya və Suverenlik İli çərçivəsində “Oğlanlar müzakirəyə qoşulur” mövzusunda tədbir keçirildi

24 oktyabr 2025 | 14:55

24 oktyabr 2025-ci il tarixdə Zəngilan rayon İcra hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Zəngilan rayonundan seçilmiş üzvlərin iştirakı ilə  Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən Zəngilan rayon 33 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli”nə  həsr olunmuş “Oğlanlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində  uşaq hüquqları mövzusunda tədbir keçirildi.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu Mətanət Həsənova çıxış edərək, oğlanların ictimai fəallığının artırılması, eləcə də təhsildən yayınma, sosial şəbəkələrin zərərləri, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın fəsadları, uşaqların cəmiyyətdə üzləşə biləcəyi zorakılıq hallarından müdafiəsi, uşaq əməyinin istismarı və onların öz hüquqlarını bilməsi barəsində məlumatlandırılmasının vacib olduğunu bildirdi.

Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnurə Kərimova və 33 nömrəli tam orta məktəbin psixoloqu Gültəkin Yusifova uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində  mütəmadi görüşlərin keçirilməsinin tərəfdarı olduqlarını vurğuladılar.

Tədbirin sonunda uşaqları maraqlandıran suallara cavab verildi.

Keçidlər