Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili” çərçivəsində erkən nikahın mənfi nəticələrinə dair maarifləndirici tədbiri keçirildi.

26 noyabr 2025 | 16:43

     Zəngilan rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Zəngilan rayonundan seçilmiş üzvlərin iştirakı ilə 26 noyabr 2025-ci il tarixdə rayonun 9 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə” tədbiri keçirildi.

      Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Tədbirdə Zəngilan RİH başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu Mətanət Həsənova, Komissiyanın məsul katibi Elçin Quliyev çıxış edərək bildirdilər ki,  erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməli, cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir.

      9 nömrəli tam orta məktəbin müəllimi Natiq Cəfərquliyev bu kimi məsələlərdə məktəblərin rolunun da çox vacib olduğunu və erkən nikahın zərərlərinin qarşısının alınması, sağlam həyat tərzinin təbliği istiqamətində  mütəmadi görüşlərin keçirilməsinin tərəfdarı olduğunu vurğuladı.

      Tədbirin sonunda uşaqları maraqlandıran suallara cavab verildi.

 

Keçidlər