Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi.

11 aprel 2025 | 16:50

Zəngilan rayon İcra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar  ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin artırılması məqsədilə ağacəkmə aksiyası təşkil olundu.

Ölkəmizin hər yerində bu cür ekoloji aksiyaların təşkilinin başlıca məqsədi cəmiyyətin ekoloji maarifləndirilməsi, yaşıllıq sahələrinin artırılmasının təşviqi, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdən ibarətdir.

11 aprel 2025-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti və rayonun ümumtəhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 33 nömrəli, eyni zamanda rayon ümumtəhsil tam orta  məktəblərinin həyətində  ağacəkmə aksiyası təşkil olundu.

Ağacəkmə aksiyasında  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, idarə-müəssisə rəhbərləri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə təhsil sektorunun ümumtəhsil məktəbləri iştirak etdilər.

Aksiya çərçivəsində ərazidə  220  ədəd sərv ağacı və eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər