İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi başlandı
28 fevral 2023 | 11:59
28 fevral 2023-cü il tarixdə Zəngilan rayonunun Ağalı kəndinə 10 ailə, 50 nəfər köçürüldü.
Bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə 66 ailə, 326 nəfər artıq köçürülüb. Köçürülmüş əhali üçün kənddə bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur. Köçürülən sakinlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır.
Qeyd edək ki, köç prosesi növbəti aylarda da davam etdiriləcək.